Ronaldo 978-ə çatdı

4.09.2026 11:50 0
Dünya futbolu
Səudiyyə Ərəbistanı Pro Liqasında 4-cü tura start verilib.

"Football-plus.az" xəbər verir ki, “Əl-Nəssr” öz meydanında “Əl-Tavun”a 2:1 hesabı ilə qalib gəlib. Ölkə çempionunun ikinci qolunu Kriştiano Ronaldo vurub. Bu, onun peşəkar karyerasında 978-ci qoludu.

Qeyd edək ki, 4 turdan sonra maksimum nəticə göstərən “Əl-Nəssr” 12 xalla turnir cədvəlinə başçılıq edir.