Ronaldo 953-ə çatdı

13.11.2025 10:00 18
Dünya futbolu
Səudiyyə Ərəbistanı çempionatında 8-ci turun oyunları keçirilib.

"Football-plus.az" xəbər verir ki, səfərdə “Neom” ilə qarşılaşan “Əl-Nəssr” rəqibini 3:1 hesabı ilə məğlub edib. Ardıcıl 8-ci qələbəsini qazanan komanda çempionatın vahid lideridi. “Əl-Nəssr”in ikinci qolunu penaltidən Kriştiano Ronaldo vurub. Bununla da portuqaliyalı hücumçu karyerasında vurduğu qolların sayını 953-ə çatdırıb.

40 yaşlı forvard Səudiyyə Ərəbistanı çempionatında cari mövsümdə ardıcıl 7-ci matçda qapıya yol tapıb. Kriştiano 8 matçda 9 qol vurub.