32 yaşında meydanı tərk etdi

3.09.2026 22:40 5
Dünya futbolu
“Kadis”in yarımmüdafiəçisi Suso 32 yaşında futbolçu karyerasını başa vurub.

"Football-plus.az" xəbər verir ki, İspaniya klubunun rəsmi saytının məlumatına görə, əsl adı Xesus Xoakin Fernandes olan futbolçu oktyabrdan “Kadis”in rəsmi nümayəndəsi vəzifəsinin icrasına başlayacaq.

Bu klubun yetirməsi olan Suso ötən mövsüm peşəkar karyerasından sonra başladığı klubuna qayıtmaq üçün şəxsi təşəbbüs göstərib. Lakin son bir ildə yaranan şərait onun “Kadis”i yenidən yüksək liqaya qaytarmaq arzusunu reallaşdırmasına imkan verməyib. Klub Susoya fəaliyyətinə və bu addım zamanı göstərdiyi fədakarlığa görə təşəkkür edib.

O, karyerası ərzində “Liverpul” və “Milan” kimi nəhəng klubların formasını geyib.