Ruben Kastro karyerasını başa vurmaq qərarına gəlib.
“Football-plus.az” xəbər verir ki, bu barədə onun sabiq klubu “Betis”in mətbuat xidməti məlumat yayıb. Kastro 42 yaşında futbolla vidalaşıb. İspaniyalı forvard “Las Palmas”ın yetirməsidi, lakin oŞ karyerasının çox hissəsini “Betis”də keçirib. Ruben bu komandada 148 qol vuraraq klub tarixinin ən yaxşı bombardiri olub.
Kastro karyerası ərzində klub səviyyəsində 778 rəsmi oyun keçirib, 316 qol vurub və 56 məhsuldar ötürmə edib.