Maykl Folorunşo “Napoli”dən ayrılıb.
"Football-plus.az" xəbər verir ki, İtaliya klubu yarımmüdafiəçini icarəyə verib. 28 yaşlı italiyalı futbolçu yeni mövsümü “Montsa”da keçirəcək. Müqavilədə oyunçunun birdəfəlik transfer variantı da nəzərdə tutulub. “Napoli” Folorunşonun icarəsi üçün 500 min avro alacaq. “Montsa” isə futbolçunu 7 milyon avroya transfer edə bilər.
Yarımmüdafiəçi bundan əvvəl “Fiorentina” və “Kalyari”də də icarə əsasında çıxış edib. Maykl ötən mövsüm A seriyasında keçirdiyi 27 oyunda 2 qol vurub.
Neapoldan Montsaya yollandı
Dünya futbolu






