Neapoldan Nottingemə üz tutdu

24.01.2026 21:22 9
Dünya futbolu
Lorentso Lukka İtaliyadan İngiltərəyə yollanıb.

"Football-plus.az" xəbər verir ki, “Napoli”nin hücumçusu “Nottingem Forest”ə keçib. Lukka yeni klubunda mövsümün sonuna qədər icarə əsasında çıxış edəcək. Buna görə 1 milyon avro xərcə düşən nottingemlilər 25 yaşlı futbolçunu yayda 40 milyon avroya birdəfəlik almaq hüququna malikdilər.

Lukka “Napoli”yə ötən yay 31 milyon avroya “Udineze”dən keçib. O, komandada keçirdiyi 23 oyunda 2 qol vurub.