A seriyasından B seriyasına getdi

3.09.2026 18:00 22
Dünya futbolu
Mattia Perin “Yuventus”dan ayrılıb.

"Football-plus.az" xəbər verir ki, təcrübəli qapıçısı B seriyasında çıxış edən “Palermo”ya transfer olunub. Bu barədə hər iki klubun rəsmi saytı məlumat yayıb. Mattia “Yuventus”da 2018-ci ildən çıxış edirdi. O, Turin klubunun heyətində 71 oyuna çıxıb və 4 titul qazanıb.

“Transfermarkt”ın məlumatına görə, 33 yaşlı qapıçının bazar dəyəri 2 milyon avrodu.