ABŞ klubunda yeni təyinat

3.09.2026 15:02 21
Dünya futbolu
“İnter Mayami”nin yeni baş məşqçisinin adı açıqlanıb.

"Football-plus.az" xəbər verir ki, MLS təmsilçisi Kili Qonsaleslə razılığa gəlib. ABŞ klubunun mətbuat xidmətinin məlumatına görə, Qonsales müvafiq iş icazəsini aldıqdan sonra vəzifəsinin icrasına başlayacaq. Həmin vaxta qədər komandaya hazırkı baş məşqçi Gilyermo Oyos rəhbərlik edəcək.

Yeri gəlmişkən, “İnter Mayami” hazırda MLS-in Şərq Konfransında 21 oyuna 39 xalla 2-ci yeri tutur.