“Yuventus” onu icarəyə verdi

2.09.2026 22:32 13
Dünya futbolu
“Bornmut” heyətinə yeni qapıçı cəlb edib.

"Football-plus.az" xəbər verir ki, premyer-liqa təmsilçisi “Yuventus”dan Mikele Di Qreqorionu icarəyə götürüb. İtaliyalı qolkiper İngiltərə klubunda mövsümün sonuna kimi çıxış edəcək.

“Yuventus” Mikeleni 2024-cü ilin yayında “Montsa”dan transfer edib. Futbolçu 2025/26 mövsümündə Turin klubunda keçirdiyi 37 rəsmi matçda 36 qol buraxıb. O, 17 matçda qapısını toxunulmaz saxlayıb.