Kepa Arrisabalaqa iş yerini növbəti dəfə dəyişib.
“Çelsi” qapıçısını bu mövsümün sonuna kimi “Bornmut”a icarəyə göndərib. İspaniyalı futbolçunun “Çelsi” ilə müqaviləsinin müddəti 2025-ci ilin iyun ayının sonuna kimidi.
Xatırladaq ki, Kepa ötən mövsüm icarə əsasında “Real”da çıxış edib. O, Madrid klubunda 20 oyunda meydana çıxıb, 9 matçda qapısını toxunulmaz saxlayıb.