Montsadan Turinə gəldi

7.07.2024 21:05 345
Dünya futbolu
Çoxdan gözlənilən transfer rəsmiləşib.

“Yuventus” “Montsa”nın qapıçısı Mikele Di Qreqorionu transfer edib. Turin klubunun saytının məlumatında futbolçu ilə bağlanan müqavilənin detalları açıqlanmayıb. Tanınmış insayder Fabritsio Romano “Yuventus”un bu transfer üçün 2 milyonu bonus olmaqla təxminən 20 milyon avro ödəyəcəyini xəbər verib.

Xatırladaq ki, 26 yaşlı Mikele ötən mövsüm A seriyasının ən yaxşı qapıçısı seçilib. İtaliyalı futbolçunun mövsüm ərzində ən çox - 33 matçda 127 seyv etdiyini də bildirək.