Mançesterdən Londona yollandı

3.09.2026 15:58 2
Dünya futbolu
Savinyo “Mançester Siti”dən “Tottenhem”ə keçib.

"Football-plus.az" xəbər verir ki, 22 yaşlı braziliyalı vinger ilə imzalanan müqavilənin detalları açıqlanmayıb. Daha əvvəl mətbuatda transfer məbləğinin təxminən 99 milyon avro olacağı bildirilmişdi.

Savinyo “Mançester Siti”nin heyətində 84 matç keçirib və 7 qol vurub. O, bu klubla Liqa kubokunu və İngiltərə kubokunu qazanıb.

2024-cü ilin martında ilk dəfə Braziliya yığmasına dəvət alan Savinyo həmin ay İngiltərə ilə matçda debüt edib.