“Mançester Siti”ni tərk edir

25.08.2026 10:31 23
Dünya futbolu
Savinyo tezliklə klubunu dəyişəcək.

"Football-plus.az" xəbər verir ki, “Tottenhem” “Mançester Siti”nin braziliyalı vingeri ilə transfer məsələsində razılığa gəlib.

Tanınmış insayder Fabritsio Romanonun məlumatına görə, tərəflər 22 yaşlı futbolçunun keçidi ilə bağlı bütün şərtləri razılaşdırıblar. Savinyo tibbi müayinədən keçmək üçün Londona yollanacaq.

Məlumata görə, transferin məbləği bonuslar da daxil olmaqla təxminən 99 milyon avro təşkil edəcək. Müqavilə bütün prosedurlar tamamlandıqdan sonra rəsmiləşdiriləcək.