Ticani Reynders “Mançester Siti”dən ayrılıb.
"Football-plus.az" xəbər verir ki, niderlandlı yarımmüdafiəçi “Əl-Qadisiyyə”yə keçib. Niderlandlı futbolçu Səudiyyə Ərəbistanı klubu ilə 5 illik müqavilə imzalayıb. Transferin məbləğinin 52 milyon funt sterlinq olduğu bildirilir.
28 yaşlı futbolçu MS-yə ötən yay “Milan”dan 46,5 milyon funt sterlinqə transfer olunmuşdu. Bu komandada gözlənilən performansı göstərə bilməyən Ticaninin gedişi zəruri sayılıb.
O, “şəhərlilər”in heyətində bütün turnirlərdə 50 oyuna çıxıb, 7 qol vurub, komanda ilə İngiltərə kubokunu və Liqa kubokunu qazanıb.
“Mançester Siti”dən ayrıldı
Dünya futbolu





