“Mançester Siti” heyətinə yeni hücumçu cəlb edib. İngiltərə çempionu “Trua”dan Savinyonu transfer edib.
"Football-plus.az" xəbər verir ki, bu barədə klubun mətbuat xidmətinin yaydığı məlumatda 20 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalandığı bildirilib.
Qeyd edək ki, Savinyo ötən mövsüm icarə əsasında “Jirona”da çıxış edib. Braziliya yığmasının üzvü İspaniya komandasında 41 matçda meydana çıxıb, 11 qol vurub və 10 məhsuldar ötürmə edib.