“Mançester Siti”də daha bir ciddi zədə faktı qeydə alınıb.
"Football-plus.az" xəbər verir ki, Ruben Diaş və Yoşko Qvardioldan sonra Savinyo da sıradan çıxıb.
Komandanın baş məşqçisi Pep Qvardiola vingerin zədə səbəbindən uzun müddət yaşıl meydanlardan uzaq qalacağını bildirib. Braziliyalı futbolçu yanvarın 1-də premyer-liqada “Sanderlend”ə qarşı keçirilən oyunda zədələnərək əvəzlənmişdi. Onun nə qədər müddətdə heyətdən kənarda qalacağı ilə bağlı suala cavab verən Qvardiola belə deyib: