İngiltərədən Amerikaya yollandı

3.01.2024 19:21 210
Dünya futbolu
Uqo Lyorisin Avropadan Amerikaya yollanacağı ilə bağlı xəbər doğru çıxıb.

Fransalı qapıçı əvvəlcə “Tottenhem” ilə vidalaşıb. Gözlənildiyi kimi, Lyoris “Los Anceles” ilə “1+2 il” sxemi üzrə müqavilə bağlayıb.

Uqo “Tottenhem”də 2012-ci ildən çıxış edirdi. O, londonlularin heyətində 444 oyun keçirib və 151 oyunda qapısını toxunulmaz saxlayıb.