Avropadan Asiyaya yollandı

22.08.2026 22:27 23
Dünya futbolu
Mişi Batşuayi Səudiyyə Ərəbistanına yollanıb.

"Football-plus.az" xəbər verir ki, “Ayntraxt”ın (Frankfurt ) hücumçusu “Abha”ya keçib. 32 yaşlı belçikalı futbolçu yeni komandasına azad agent statusu ilə qoşulub.

2025-ci ilin fevralından “Ayntraxt”da çıxış edən futbolçu bu komandada keçirdiyi 21 matçda 4 qol vurub. O, indiyədək “Qalatasaray”, “Fənərbaxça”, “Beşiktaş”, “Çelsi”, “Kristal Pelas”, “Valensiya”, “Borussiya” (Dortmund), “Marsel” və “Standard” komandalarının da formasını geyib.