Avropadan Amerikaya üz tutacaq

19.11.2023 18:51 175
Dünya futbolu
Emil Forsberq tezliklə “Leyptsiq”i tərk edəcək.

"Football-plus.az" xəbər verir ki, o, Avropadan Amerikaya üz tutacaq. İsveçli futbolçu “Nyu York Red Bullz”a keçidə yaxındı. “Bild” qəzetinin yazdığına görə, yarımmüdafiəçi gələn ilin yanvarında ABŞ klubu ilə 4 illik müqavilə bağlayacaq.

32 yaşlı Forsberq “Leyptsiq”in formasında 368 oyun keçirib. Bu oyunlarda 69 qol vuran Emil 67 məhsuldar ötürmə edib. Onun İsveç yığmasında 84 oyuna 20 qol vurdub 9 qolun ötürməsini verdiyini də xatırladaq.