Avropadan Amerikaya yollandı

18.07.2025 08:40 22
Dünya futbolu
Aaron Remzinin yeni iş yeri müəyyənləşib.

"Football-plus.az" xəbər verir ki, karyerasını Meksikada davam etdirəcək. Uelsli yarımmüdafiəçi “Pumas”la anlaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Hələlik 34 yaşlı futbolçu ilə imzalana müqavilənin detalları açıqlanmayıb.

“Arsenal” və “Yuventus”un sabiq futbolçusu ötən mövsümü “Kardiff Siti”də keçirib.