“Çelsi”ni tərk etdi

2.09.2026 19:22 22
Dünya futbolu
Benua Badyaşil “Çelsi”ni tərk edib.

"Football-plus.az" xəbər verir ki, “Napoli” müdafiəçini heyətinə cəlb edib. İtaliya klubunun rəsmi saytının məlumatına görə, fransalı futbolçu ilə birillik icarə müqaviləsi imzalanıb. “Napoli” mövsümün sonunda Badyaşilin transfer hüquqlarını ala bilər.

Benua “Çelsi”də 2023-cü ildən çıxış edir. 25 yaşlı futbolçu London klubunun heyətində bütün turnirlərdə 16 matçda iştirak edib.