London klubunu tərk etdi

31.07.2026 16:15 2
Dünya futbolu
Filip Yorgensen “Çelsi”ni tərk edib.

"Football-plus.az" xəbər verir ki, London klubu qapıçısını “Strasbur”a icarəyə verilib. İngiltərə klubunun rəsmi saytının məlumatına görə, danimarkalı futbolçu mövsümün sonunadək Fransa klubunda çıxış edəcək.

Filip “Çelsi”də 2024-cü ildən çıxış edir. O, ötən mövsüm “zadəganlar”ın heyətində 12 oyunda meydana çıxıb və 17 qol buraxıb, 2 matçda isə qapısını toxunulmaz saxlayıb.