"Sabah" braziliyalı futbolçu transfer etdi

1.09.2026 22:00 5
Ölkə futbolu
“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.

"Football-plus.az" xəbər verir ki, bu barədə klub məlumat yayıb. Braziliyalı yarımmüdafiəçi Du Keyros Rusiya “Zenit”indən icarəyə götürülüb. Müqaviləyə əsasən, 26 yaşlı futbolçu cari mövsümün sonunadək “Sabah”ın üzvü olacaq.

Klub icarə müddəti başa çatdıqdan sonra futbolçunu birdəfəlik transfer etmək hüququna malikdi.

Du Keyros karyerası ərzində Braziliyanın “Korintians” (2021-2023), “Qremio” (2024) və “Sport Resife” (2025), Rusiyanın isə “Zenit” (2023-2024) və “Orenburq” (2025-2026) klublarında çıxış edib.