Dieqo Rosa "Qarabağ"da

30.08.2026 13:46 4
Ölkə futbolu
“Qarabağ” heyətini yeni futbolçu ilə gücləndirib.

"Football-plus.az" xəbər verir ki, Ağdam təmsilçisi Dieqo Rosanı transfer edib. Klub rəsmi saytında braziliyalı futbolçunun keçidini açıqlayıb.

23 yaşlı dayaq yarımmüdafiəçisi olan Rosa Cənubi Kiprin APOEL klubundan birmövsümlük icarəyə götürülüb. O, ötən mövsüm bu komanda ilə 35 oyunda meydana çıxıb, 3 qol vurub, 3 qolun isə ötürməsini edib.

Anlaşmaya əsasən, 1 illik icarə müddətinin sonunda “Qarabağ”ın yarımmüdafiəçini transfer etmək opsiyası var. O, komandada 33 nömrəli forma ilə çıxış edəcək.

2021-ci ildə “Qremio”dan “Mançester Siti”yə transfer olunan Rosa daha sonra “Lommel” (Belçika), “Vizela” (Portuqaliya), “Bahia” və “İnter” (hər ikisi Braziliya) klublarında çıxış edib. O, 2025-ci ildə APOEL-ə keçib.

Rosa Braziliyanın U-16 və U-17 milli komandalarında çıxış edib.

Bu, “Qarabağ”ın bu yay 11-ci transferi olub.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul