''Yuventus'' mövsümün əvvəlində zədə alan Kənan Yıldız ilə bağlı rəsmi məlumat paylaşıb.
Belə ki, Turin nəhəngi türkiyəli ulduzun sol ayağının dabanından əməliyyat olunduğunu açıqlayıb. Yıldız ilk turda ''Frozinone'' ilə səfər matçının ikinci hissəsində əvəzlənmişdi. Ertəsi gün tibbi müayinədən sonra onun zədəsini gözləniləndən ciddi olduğu aşkarlanmışdı. Avqustun 31-də isə istedadlı futbolçu ''Yuve''nin baş həkimi Marko Freski tərəfindən əməliyyat olunub. Bu gündən etibarən onun reabilitasiya prosesinə start verilib.
Daha öncə Kənanın 2 aya sıraya dönəcəyi bildirilirdisə, Türkiyə mətbuatı onun 3 aydan tez dönməyəcəyini bildirir. Yəni 21 yaşlı futbolçunu dekabrdan tez yaşıl meydanlarda görə bilməyəcəyik. Bu, Türkiyə yığması üçün də ciddi itkidi. Kənan Yıldız Türkiyə yığmasının sentyabrın sonlarında start götürəcək Millətlər Liqasında keçirəcəyi 6 matçın hamısını buraxmalı olacaq.
Bilindiyi kimi ''ay-ulduzlular'' ilk dəfə A Liqasında yer alacaq. Qardaş ölkə Fransa, İtaliya və Belçikaya qarşı oyunları Kənansız keçirməli olacaq.
Türkiyə yığmasının ulduzu əməliyyat olundu
Dünya futbolu






