Yıldız nə vaxt qayıdacaq?

1.09.2026 15:36 3
Dünya futbolu
Kənan Yıldızın zədələndiyini xəbər vermişdik. “Yuventus”un və Türkiyə yığmasının futbolçusu əməliyyat olunub.

Turin klubunun yaydığı məlumata görə, 20 yaşlı hücumameyilli yarımmüdafiəçi bazar ertəsi sol ayağının 5-ci daraq sümüyündəki sınıqla bağlı əməliyyat olunub. Kənanın çərşənbə axşamından başlayaraq bərpa prosesinə başlayacağı bildirilib. Gənc futbolçunun ən azı 6 həftə yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.

Bu zədə “Yuventus” kimi Türkiyə yığmasının planlarına da mənfi təsir edəcək. Belə ki, Kənan bərpa prosesi səbəbindən Millətlər Liqasının ilk 4 oyununda “ay-ulduzlular”a kömək edə bilməyəcək.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul