Komandanın azarkeşlərindən biri, iqtisadiyyat üzrə fəlsəfə doktoru Namik Murad sosial şəbəkə hesabında “Qəbələ”nin prezidenti Tale Heydərova açıq məktub yazıb:
Hörmətli Tale müəllim.
Sizin ideya müəllifi və qurucusu olduğunuz, tək qəbələlilərin yox, ümumiyyətlə, azərbaycanlı futbolsevərlərin qürur mənbəyi olmuş "Qəbələ" yaxşı günlərini yaşamır. Bunun əsas səbəbi son vaxtlar idarəetmədə buraxılmış səhvlərdi. "Qəbələ", sahib olduğu resurslarla, ən azı Azərbaycan futbolunun orta səviyyəli komandası olmalı, yüksək yerlər uğrunda mübarizə aparmalıdı. Siz bu gün də "Qəbələ"nin idman qurğularının sahibi və klubun əsas sponsorusuz.
Hörmətli Tale müəllim. Qəbələyə böyük futbolu Siz gətirdiniz və Sizin rəhbərliyinizdə "Qəbələ" Avropada tarix yazdı. İndi, "Qəbələ"nin ağır günündə ona kömək etmənizi, idarəetmə məsuliyyətini üzərinizə götürmənizi və qərar vermənizi Sizdən xahiş edirəm.
Yeni mövsümdə qeyri-qənaətbəxş çıxışlardan sonra klub baş məşqçi Kaxaber Sxadadze ilə yollarını ayırdı və yeni baş məşqçi axtarışındadı. "Qəbələ"də futbolçu kimi başlamış, sonradan məşqçi və baş məşqçi kimi davam etmiş Elmar Baxşıyev aşağı orta resurslarla komandanı ölkə çempionatının üst pillələrinə qaldırmağı və Azərbaycan kubokunu almağı bacarmışdır. Elmar müəllim Roman Qriqorçuk, Qurban Qurbanov, Valdas Dambrauskas kimi, kiçik resurslar hesabına böyük nəticələr əldə etməyi bacaran azsaylı mütəxəssislərdən biridi. Bir "Qəbələ" azarkeşi olaraq, əminəm ki, Siz idarəetməyə qayıtsanız və Elmar müəllimi yenidən "Qəbələ"yə gətirsəniz komanda dərhal dəyişər və gözəl nəticələr əldə edər”.