"Qəbələ"nin mübarizəni dayandırmasına Tale Heydərovun münasibəti necə olub - AÇIQLAMA

30.07.2022 20:32 595
Konfrans Liqası
Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin cavab görüşündə “Qəbələ” doğma meydanda Macarıstan təmsilçisi “Fehervar”ı qəbul etdi.

Komanda 2:1 hesabı ilə qələbə qazansa da, mübarizəni dayandırdı. Bu görüşü izləyənlər arasında “Qəbələ”nin sabiq prezidenti Tale Heydərov da var idi. O, matça övladları ilə gəlmişdi.

Maraqlıdı, Heydərov oyundan sonra və ya əvvəl futbolçularla görüşüb? Onun “Qəbələ”nin çıxışı haqda təəssüratı necə olub? Bu suallara cavab tapmaq üçün klubun mətbuat katibi Anar Hacı ilə əlaqə saxladıq. Onun “Football-plus.az” saytına açıqlamasına keçid alaq:

“Tale Heydərov oyunu izlədi. Lakin nə matçdan öncə, nə də sonra futbolçularla görüşdü. Qarşılaşmanı klub rəhbərliyi, Fariz müəllimlə bir yerdə izləyirdi. Yəqin ki, oyun barədə öz aralarında müəyyən söhbətlər olub. Amma mən təfərrüatı bilmirəm”.


ŞAİR ABDULLA