''Beşiktaş''ın gənc forvardı Mustafa Həkimoğlu Almaniya təmsilçisi ''Şalke-04''ün ciddi maraq dairəsinə düşüb.
"Football-plus.az" xəbər verir ki, bu mövsüm bundesliqaya qayıdan helzenkirhenlilər 19 yaşlı futbolçunu transfer etməyə çalışırlar. Amma tərəflər arasında ilk danışıqlar prosesi uğursuz alınıb. İki klubun rəsmiləri videogörüntü ilə əlaqə saxlayıblar və almanlar 5 milyon avroluq təklif irəli sürüblər.
Daha doğrusu ''Şalke-04'' ilk mövsüm üçün Mustafanı birillik icarəyə götürmək, gələn yay isə 5 milyon avroya onu daimi əsasda transfer edə bilmək hüququnu ələ keçirmək istəyir. Amma bu təklif İstanbul nəhəngini qane etməyib. ''Beşiktaş'' öz yetirməsinin potensialının daha böyük olduğunu düşünür. Bu üzdən qarşı tərəfdən 10 milyon avro tələb edir. ''Şalke-04''ün bu tələbdən sonra yenidən ''ağ-qaralar''la əlaqəyə keçib-keçməyəcəyi bilinmir.
''Transfermarkt''da futbolçunun dəyəri 5 milyon avro göstərilib. 2007-ci il təvəllüdlü forvard 2023-dən əsas komandaya cəlb olunur və indiyə qədər ''Beşiktaş''da 4 qol vurub.
''Beşiktaş'' öz yetirməsinə görə almanlardan 10 milyon istəyir
Dünya futbolu





