Xorxe Dominges “Atletiko”nun tarixinə düşüb.
"Football-plus.az" xəbər verir ki, 16 yaşlı müdafiəçi paytaxt klubunun tarixində rekorda imza atıb. O, La Liqanın ilk turunda “Malaqa” ilə keçirilən oyunda əsas heyətdə meydana çıxaraq “Atletiko” tarixinin ən yeniyetmə debütantı olub. Dominqes 16 yaş 8 ay 2 günlüyündə ilk peşəkar oyununu keçirib və 1984-cü ildən dəyişməyən Xose Luis Martinesə məxsus rekordu yeniləyib.
“Atletiko”nun “Malaqa”nı 2:0 hesabı ilə məğlub etdiyini də bildirək.
Paytaxt klubunun tarixinə düşdü
Dünya futbolu






