“Football-plus.az”ın məlumatına görə, 100-cü dəqiqədə ikinci “sarı”dan qırmızı vərəqə alaraq meydandan qovulan müdafiəçi İsrail mətbuatına açıqlamasında hakimin qərarını belə şərh edib:
“Hakim ikinci “sarı” vərəqəni göstərərkən fit belə çalmadı. O, əvvəlcə mənə getməyimi söylədi. Lakin sonradan forma nömrəmə baxdı və geri çağırdı. Ardından sarı vərəqə verdi. Düşünürəm ki, o, məni cəzalandırmayacaqdı. Sadəcə, forma nömrəmi görəndən sonra əvvəl sarı vərəqə aldığımı bildi və ikinci “sarı”nı göstərdi. Düşünürəm ki, İsrail komandası olmasaydıq, “qırmızı” almayacaqdım”.
Diop azarkeşlərin ondan narazı qalmasına da münasibət bildirib:
“Məni günahlandırmalarını anlayışla qarşılayıram. Belə vəziyyətdə komandamı azlıqda qoyduğum üçün onlar haqlıdılar. Anlamadığım yeganə məsələ meydandan qovulmağımdı. Hakimə hansısa qayda pozuntusuna yol vermədiyimi başa salmaq istədim. Lakin o, məni dinləmədi”.
Xatırladaq ki, “Sabah” – “Hapoel” qarşılaşmasını Rumıniyadan olan dünyaca məşhur hakim İştvan Kovaç idarə edib.
KƏNAN BAHADIR






