Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.
Qurum Region Liqası ilə bağlı aşağıdakı qərarları qəbul edib.
02.04.2022-ci ildə Region Liqasının “Cəbrayıl” – “İmişli” oyununda meydan sahiblərinin 7 nömrəli futbolçusu Elnur Məmmədov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 47.1).
03.04.2022-ci ildə Region Liqasının “Karvan” – “Ağsu Siti” oyununda qonaqların 6 nömrəli futbolçusu Mikayıl Rəhimov görüşün 54-cü dəqiqəsində “sonuncu ümid folu”na görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 matç cəzalanır (maddə 47.1).
03.04.2022-ci ildə Region Liqasının “Ümid” (Cəlilabad) – “Energetik” oyununda ev sahiblərinin 55 nömrəli futbolçusu Mehdi Əliyev qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 matç cəzalanır (maddə 47.1).
03.04.2022-ci ildə Region Liqasının “Füzuli” – “Astara” oyununda meydan sahiblərinin 7 nömrəli futbolçusu Cəsur Hüseynov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 matç cəzalanır (maddə 47.1).