Haitili legioner 73-cü dəqiqədə Mateus Saldanya ilə hava mübarizəsində onun sifətinə əllə zərbə vurduğuna görə qarşısında ikinci sarı vərəqəni görərək meydanı tərk etdi. Ancaq burda bir məsələ var ki, həmin an “Neftçi”nin forvardı oyundankənar vəziyyətdə idi. Məhz bu səbəbdən də hakim ofsayd qərarı vermişdi. Lakin VAR-dan gələn siqnaldan sonra baş hakim Rəşad Əhmədov epizoda yenidən baxdı və haitilinin qayda pozuntusuna yol verdiyini bildirməklə ona ikinci “sarı”nı göstərdi.
Hakimin bu qərarına bəziləri kimi, “Zirə”nin baş məşqçisi Rəşad Sadıqovun reaksiyası da birmənalı olmadı. Mütəxəssis oyundan sonra “CBC Sport”a açıqlamasında hakimin yanlış qərar verdiyini söylədi. Maraqlıdı, mübahisə doğuran epizodda hakim, yoxsa baş məşqçi haqlıdı?
Hakimlər Komitəsində çalışan, ancaq mətbuata şərh vermək icazəsi olmadığından adının çəkilməsini istəməyən mütəxəssis “Football-plus.az” saytına açıqlamasında bunları söylədi:
“Rəşad Əhmədov həmin an düzgün qərar verdi. Çünki Geryenin hərəkəti sarı vərəqəlik idi. O mübarizə zamanı rəqibi dirsəklə vursaydı, qarşısında birbaşa “qırmızı” görməli idi. Açılq əllə sifətə zərbə olarsa, bu sarı vərəqədi. Həmin vəziyyət düşünülməmiş qayda pozuntusu kimi tövsiyə olunur”.
“Həmin an ofsayd var idi. Belə olan halda “Zirə”nin müdafiəçisinə qayda pozuntusuna görə sarı vərəqə göstərilə bilər” sualına həmsöhbətimiz belə cavab verdi:
“Bəli. Sizə bir nümunə göstərim. Tutaq ki, futbolçu qol vurur və qol sevincini formasını çıxarmaqla qeyd edir. Ancaq oyundankənar vəziyyət olduğuna görə qol qeydə alınmır. Qol sayılmasa da, futbolçunun formasını çıxarması artıq “sarı”dı. Geryedə də eyni hal yaşandı”.
RƏŞAD

