91 yaşında dünyasını dəyişdi

24.08.2026 23:56 15
Dünya futbolu
“Tottenhem”in sabiq futbolçusu Terri Dayson vəfat edib.

"Football-plus.az" xəbər verir ki, London klubunun saytının məlumatına görə, o, 91 yaşında dünyasını dəyişib. Dayson “Tottenhem” 1955-65-ci illərdə oynayıb. O, komandanın əsas futbolçularından biri olub və klubla 2 kubok qazanıb.

Dayson “Tottenhem”in heyətində bütün turnirlərdə 209 matç keçirib və 55 qol vurub.