Sabiq MY-li dünyasını dəyişdi

12.12.2024 21:33 324
Dünya futbolu
“Mançester Yunayted”in sabiq futbolçusu Toni Yanq dünyasını dəyişib.

Bu haqda İngiltərə klubunun rəsmi saytı məlumat yayıb.

Yanq 71 yaşında vəfat edib. Sabiq müdafiəçi “qırmızı şeytanlar”ın sıralarında 1969-76-cı illərdə olub və ümumilikdə 97 matçda meydana çıxıb. Yanq karyerası ərzində “Çarlton”, “York Siti” və “Rankom”un da formasını geyib.