İspaniya klubunda gürcüstanlı futbolçu

24.08.2026 10:00 43
Dünya futbolu
Giorgi Koçoraşvili klubunu dəyişib.

"Football-plus.az" xəbər verir ki, “Sevilya” “Sportinq”in yarımmüdafiəçisini transfer edib. 27 yaşlı gürcüstanlı futbolçu ilə müddəti 2030-cu ilin iyununa qədər nəzərdə tutulan müqavilə imzalanıb. Transferin məbləğinin bonuslar nəzərə alınmadan təxminən 4 milyon avro olduğu bildirilir.

Koçoraşvili ötən mövsüm “Sportinq”in heyətində 26 matçda meydana çıxıb və 2 məhsuldar ötürmə edib. O, daha əvvəl İspaniyada “Levante”nin formasını geyib.