Giorgi Koçoraşvili klubunu növbəti dəfə dəyişib. Gürcüstan yığmasının oyunçusu karyerasını Portuqaliyada davam etdirəcək.
"Football-plus.az" xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi “Levante”dən “Sportinq”ə keçib. Bu barədə Portuqaliya çempionunun rəsmi saytı məlumat yayıb.
26 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb. “Sportinq” Koçoraşvili üçün 5,5 milyon avro xərcə düşüb.
Qeyd edək ki, o, “Levante”də 2020-ci ildən çıxış edirdi. Giorgi ötən müddətdə İspaniya çempionatında 63 oyuna 8 qol vurub.