Veronadan Neapola üz tutdu

26.01.2026 10:31 14
Dünya futbolu
“Napoli" heyətini yeni oyunçu ilə gücləndirib.

"Football-plus.az" xəbər verir ki, İtaliyanın son çempionu Jiovane Santananı transfer edib. “Napoli” bu transfer üçün “Verona”ya 20 milyon avro ödəyəcək. 22 yaşlı mərkəz hücumçusu ilə müddəti 2030-cu ilin iyununa qədər nəzərdə tutulan müqavilə imzalanıb.

Braziliyalı futbolçu bu mövsüm A seriyasında 21 oyunda meydana çıxıb, 3 qol vurub və 4 məhsuldar ötürmə edib.