İngiltərə klubundan bahalı transfer

23.07.2024 13:20 304
Dünya futbolu
“Aston Villa” heyətini bahalı oyunçu ilə gücləndirib.

"Football-plus.az" xəbər verir ki, Belçika millisinin yarımmüdafiəçisi Amadu Onana artıq bu klubun futbolçusu sayılır. İngiltərə mənbələri Birmingem klubunun bu transfer üçün 50 milyon funt sterlinq (59,5 milyon avro) ödədiyini xəbər verib.

22 yaşlı futbolçu 2022-ci ildən “Everton”da çıxış edirdi. Amadu ötən mövsüm bu komandada bütün turnirlərdə 37 oyun keçirib və 2 qol vurub.