“Aston Villa” İtaliyadan iki futbolçu aldı

23.08.2026 12:28 2
Dünya futbolu
“Aston Villa” heyətini iki yeni futbolçu ilə gücləndirib.

"Football-plus.az" xəbər verir ki, İngiltərə klubu italiyalı müdafiəçi Matteo Rucceri ilə yaponiyalı qapıçı Dzion Sudzukini sıralarına qatıb. Rucceri “Atletiko”dan transfer olunub. 24 yaşlı futbolçu ötən mövsüm İspaniya La Liqasında 26, Çempionlar Liqasında isə 15 oyunda meydana çıxıb və ümumilikdə 7 məhsuldar ötürmə edib.

Sudzuki isə “Aston Villa”ya “Parma”dan keçib. 23 yaşlı qapıçı ötən mövsüm A seriyasında 22 matçda iştirak edib, 30 qol buraxıb və 6 oyunda qapısını toxunulmaz saxlayıb. O, Yaponiya millisinin heyətində bu il keçirilən dünya çempionatında da çıxış edib.

Məlumata görə, “Aston Villa” Sudzuki üçün təxminən 30 milyon funt sterlinq, Rucceri üçün isə 17 milyon funt sterlinq ödəyib.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul