Klubu ilə yenidən anlaşdı

13.11.2025 19:56 12
Dünya futbolu
Morqan Rocers klubu ilə yenidən anlaşıb.

"Football-plus.az" xəbər verir ki, o, “Aston Villa” ilə müqaviləsini yeniləyib. Birmingem klubunun mətbuat xidmətinin məlumatına görə, İngiltərə millisinin üzvü ilə müddəti 2031-ci ilin yayına kimi nəzərdə tutulan yeni sözləşmə imzalanıb.

23 yaşlı yarımmüdafiəçi bu mövsüm “Aston Villa”nın heyətində keçirdiyi 16 oyunda 1 qol vurub, 3 qolun ötürməsini edib.