Lukas Torreyranın ''Qalatasaray''da hər oyunda start heyətində meydana çıxmasına baxmayaraq onunla bağlı transfer iddiaları səngimək bilmir.
"Football-plus.az" xəbər verir ki, daha öncə uruqvaylı futbolçunun artıq Türkiyədə yaşamaq istəmədiyi, eləcə də sabiq klubu ''Fiorentina''nın maraq dairəsində olduğu bildirilmişdi. Ancaq Torreyranın xidmətində İtaliyanın digər klubu ''Venetsiya''nın da maraqlı olduğu üzə çıxıb. Hətta iddialara inansaq, A seriyasının debütantı İstanbul nəhənginə 6 milyon avroluq rəsmi təklif irəli sürüb.
Bu xəbəri italiyalı jurnalist Sezar Luis Merlo paylaşıb. Futbolçu özü hələ ki, bu iddialar qarşısında susqunluğunu qoruyur. Torreyra əvvəlki açıqlamalarında bir neçə dəfə Türkiyəni tərk edə biləcəyinə işarə vurmuşdu. Amma yeni mövsümdə Okan Buruk ona güvənməkdə davam edir.
''Qalatasaray''da 5-ci mövsümünü keçirən 30 yaşlı yarımmüdafiəçi bu mövsüm superliqada hər iki oyunda əsas heyətdə meydana çıxaraq 165 dəqiqə oynamaq şansı qazanıb. Torreyra ilə yaxın dostu Mauro İkardinin ''Fiorentina''da yenidən yolları kəsişə bilər. Çünki Moyze Kini ''Komo''ya göndərməyə hazırlaşan florensiyalılar onu məhz İkardi ilə əvəzləmək istəyirlər.
İtalyanlar Torreyradan əl çəkmir
Dünya futbolu






