"Zirə" Misli premyer-liqasının 2-ci turunda “İmişli”ni məğlub edib - 3:1.
Matçdan sonra keçirilən mətbuat konfransında “qartallar”ın baş məşqçisi Rəşad Saqıdov jurnalistlərin suallarını cavablayıb:
- Gərgin oyuna şahid olduq. Xüsusilə 2-ci hissə maraqlı oyun keçdi. Oyunun axarı “Payde” ilə görüşə bənzədi. İlk qoldan sonra bir çox epizodu qaçırdıq. Oyunçularım sona qədər mübarizə apardı. Düşünürdüm ki, hesab 2:1 olduqda futbolçularım rahatlanacaq, lakin oyunu əldən vermədən sona qədər mübarizə apardılar. Bu gün qələbəyə layiq idilər.
- Qismət bu matçda da meydana sonradan daxil oldu. Onun zədəsi və ya hər hansı çətinliyi var?
- Bu bizim mövsümboyu cızdığımız plandı. Qismət uzun illərdi cinahında tək idi. Həm də İssa da öz cinahında tək başına çıxış edirdi. Bu mövsüm daha çox futbolçumuz olduğundan rotasiyalar edəcəyik. Bu oyunlarda belə oynadıq. Növbəti oyunlara uyğun hazırlaşacağıq. Ümumən, bu mövsüm çətin və uzun olacaq. Ötən mövsüm bəzi mövqelərdə olmayan oyunçuların yerinə başqa mövqedən futbolçular oynayırdıq. Seleksiya işləri apardıq və bu problemi aradan qaldırmaq üçün əlimizdən gələni etdik.
- Hal-hazırda danışıq apardığınız oyunçu var?
- Gündəmimizdə 4-5 futbolçu var. Onlarla şifahi formada danışmışıq.
- Yerli liqadan yoxsa xarici?
- Xarici.
İSRAYIL XEYRULLAYEV
"Oyunun axarı “Payde” ilə görüşə bənzədi" - Rəşad Sadıqov
Ölkə futbolu / Manşet






