“Komandamdan keyfiyyətli oyun gördüm” - Rəşad Sadıqov

3.10.2025 21:59 26
Ölkə futbolu / Manşet
Misli premyer-liqasınım 7-ci turunda “Zirə” “Neftçi” ilə heç-heçə etdi - 2:2.

“Football-plus.az” xəbər verir ki, oyunrası mətbuat konfransında Rəşad Sadıqov jurnalistlərin suallarını cavablayıb.

- Futbolçularıma təşəkkür edirəm. Nəticədən aslı olmayaraq, komandamdan keyfiyyətli oyun gördüm. Ötən mövsümdəki oyuna bənzədi. Meydançanın keyfiyyəti də yaxşı səviyyədə idi. Qomisin qırmızı vərəqəsi bizi məyus edir.

- Volkovun yoxluğu nəyə görədi?
- İssa Cibrila da, o da 5-6 həftəliyə sıradan çıxıb.

- Boqomolskidən nə dərəcədə razısız?
- Fərdi baxımdan dəyərləndirsəm, razıyam. Epizodları olur. Gündən-günə inkişaf edəcək.

MÜZƏFFƏR QULUZADƏ