Eyndhovendən Dortmunda yollandı

29.08.2026 16:00 26
Dünya futbolu
Coy Verman PSV-ni tərk edib.

"Football-plus.az" xəbər verir ki, Dortmund “Borussiya”sı yarımmüdafiəçini transfer edib. 27 yaşlı niderlandlı futbolçu ilə 2031-ci ilin yayına qədər müqavilə imzalanıb. Bu haqda klubun mətbuat xidməti məlumat yayıb. Daha əvvəl transferin Almaniya klubuna 21,5 milyon avroya başa gələcəyi bildirilmişdi.

Vermann ötən mövsüm Eyndhoven klubu ilə erediviziyada 30 oyuna çıxıb, 8 qol vurub və 14 məhsuldar ötürmə edib. O, çempionatın ən çox məhsuldar ötürmə edən futbolçusu olub.