“Qalatasaray” iki yeni oyunçu aldı

30.01.2026 12:57 23
Dünya futbolu
“Qalatasaray” heyətinə iki yeni futbolçu cəlb edib. Bu haqda klubun mətbuat xidməti məlumat yayıb.

"Football-plus.az" xəbər verir ki, İstanbul klubu “Napoli”dən Noa Lanqı icarəyə götürüb. 26 yaşlı vingerlə müddəti cari mövsümün sonunadək nəzərdə tutulan müqavilə imzalanıb. “Qalatasaray” bu keçidə görə “Napoli”yə 2 milyon avro ödəyəcək.

Qeyd edək ki, Lanq bu mövsüm bütün turnirlərdə ümumilikdə 27 oyuna çıxıb, 1 qol vurub və 2 məhsuldar ötürmə verib.

Türkiyənin son çempionu “Jirona”dan Yaser Asprilyanı da transfer edib. Klubun mətbuat xidmətinin xəbərində kolumbiyalı vingerin “Qalatasaray”da mövsümün sonuna qədər icarə əsasında çıxış edəcəyi bildirilib. “Jirona” Yaseri 2024-cü ilin avqustunda “Uotford”dan 25 milyon avroya transfer edib. Bu, İspaniya klubunun tarixinə transfer rekordu kimi düşüb.

La Liqa təmsilçisi ilə 2030-cu ilə qədər müqaviləsi olan 22 yaşlı futbolçu bu mövsüm meydana çıxdığı 17 oyunda 1 qol vurub və 1 məhsuldar ötürmə verib.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul