“Yuventus” heyətini yeni futbolçu ilə gücləndirib. Turin klubu “Fiorentina”dan Niko Qonsalesi transfer edib.
Bu barədə hər iki klubun mətbuat xidməti məlumat yayıb. Argentinalı vinger 2024/25 mövsümünü “Yuventus”da icarədə keçirəcək. Qeyd edək ki, 26 yaşlı futbolçu ötən mövsüm “Fiorentina”nın formasında 44 oyunda meydana çıxıb, 16 qol vurub və 5 məhsuldar ötürmə verib.
Bu arada Ueston Makkenni Turin klubu ilə yeni müqavilə imzalayıb. 25 yaşlı amerikalı yarımmüdafiəçi ilə müqavilənin müddəti 2026-cı ilin yayına kimi uzadılıb. Makkenni “Yuventus”da 2020-ci ilin yayından çıxış edir. O, ötən mövsüm komandada 38 oyuna çıxıb və 10 məhsuldar ötürmə verib.