Hussem Auar “Roma”nı tərk edib.
Yarımmüdafiəçini “Əl-İttihad” transfer edib. 26 yaşlı əlcəzairli yeni klubu ilə müddəti 2028-ci ilin yayına qədər nəzərdə tutulan müqavilə imzalayıb. Transferin “Əl-İttihad”a 12 milyon avroya başa gəldiyi açıqlanıb.
Auar ötən mövsüm “Roma”nın heyətində bütün turnirlərdə 25 matçda meydana çıxıb və 4 qol vurub. O, İtaliya klubuna keçməzdən əvvəl 7 il “Lion”da çıxış edib. Futbolçu Fransa klubunun heyətində 233 oyuna 41 qol vurub və 36 qolun ötürməsini verib.