Parisdən Liverpula yollanacaq

28.08.2026 10:00 168
Dünya futbolu
İbrahim Mbaye tezliklə PSJ-dən ayrılacaq.

"Football-plus.az" xəbər verir ki, “Liverpul” cinah oyunçusu ilə razılığa gəlib.

Jurnalist Fabriz Hokinsin məlumatına görə, tərəflər 5 illik müqavilənin maliyyə detallarını razılaşdırıblar. 18 yaşlı futbolçu “Bayer-04”ün də marağına baxmayaraq, karyerasını məhz İngiltərə klubunda davam etdirmək qərarına gəlib. 

Mbaye PSJ-nin əsas komandasında 42 oyuna çıxıb, 4 qol vurub və 4 məhsuldar ötürmə edib.