Tezliklə “Liverpul”da yeni müqavilənin rəsmiləşməsi gözlənilir.
“Football-plus.az” xəbər verir ki, İngiltərə klubu bu mövzuda Trent Aleksander-Arnold ilə razılığa gəlib.
“Football Insider”in məlumatında yeni müqavilənin neçə illik olacağı açıqlanmayıb. Amma 24 yaşlı futbolçunun həftəyə 230 min avro maaş alacağı qeyd olunub. Aleksander-Arnold “Liverpul”un yetirməsidi. O, əsas komandada 2016-cı ildən çıxış edir. Cinah müdafiəçisi bu mövsüm premyer-liqada keçirdiyi 5 oyunda 1 məhsuldar ötürmə edib.